"Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Sabah"la oyundan (1:1) sonra mətbuat konfransında deyib.
O, hakimin idarəçiliyindən razı qalmdağını bildirib: "İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi. Düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.
Baş məşqçi Alvaro Tavares və Artur Batistanın komandadan göndərilməsi ilə bağlı deyib: "Hər iki futbolçuyla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və yollarımızı ayırdıq".
Yunis Hüseynov matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımovlla xüsusi söhbəti olacağını bildirib: "Danışıq olacaq, komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".