Messi Maradonanın xatirəsini belə yad etdi - FOTO

02:20 30 Noyabr 2020

"Barselona"nın kapitanı Lionel Messi noyabrın 25-də ürəktutmasından dünyasını dəyişən Dieqo Maradonanın xatirəsini yad edib.

 

Sportarena.az xəbər verir ki, İspaniya çempionatının 11-ci turunda - "Osasuna"nı 4:0 hesabıyla yendikləri matçda qollardan birinin müəllifi olan argentinalı ulduz əfsanəvi həmyerlisinin ruhuna sayğı göstərib.

 

Messi Argentinanın "Nyuells Old Boyz" klubunun 10 nömrəli formasıyla əllərini göyə açıb. 

 

Qeyd edək ki, Maradona 1993/94 mövsümündə bu komandada 5 oyun keçirib. Messi özü də 5 il "Nyuells Old Boyz"un akademiyasında futbolun sirlərinə yiyələnib.



Digər xəbərlər

Xəbər xətti