Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.“Sumqayıt” “Qəbələ”ni qəbul edib. İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçularda koronavirus aşkarlandığı üçün təxirə salınan matç “Kapital Bank Arena”da baş tutub.
Qeyd edək ki, turun ilk üç oyununda qalib müəyyənləşməyib. “Neftçi” – “Zirə” matçında 0:0, “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb.
Azərbaycan Premyer Liqası
11-ci tur
30 noyabr
16:00. “Sumqayıt” - “Qəbələ” 0-1
Baş hakim: Rəhim Həsənov.
Sumqayıt. "Kapital Bank Arena".