"Qarabağ"la matç ən vacib oyunumuz olacaq" - "Makkabi"nin futbolçusu

13:10 30 Noyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi "Makkabi"nin (Tel-Əviv) futbolçusu Yonatan Kohen açıqlama verib.
 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilə matçı ən vacib görüş adlandırıb:
 

"Cümə axşamı bizim ən vacib oyunumuz olacaq. Qələbə bizi 10 xala, bəlkə də Avropa Liqasında növbəti mərhələyə yüksəldəcək. Bu, komandadakı bir neçə futbolçu üçün böyük bir an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".
 

"Qarabağ" - "Makkabi" görüşü dekabrın 3-də İstanbulun "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti