Koronavirusa görə Premyer Liqa matçı təxirə salındı

10:19 2 Dekabr 2020

Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “Aston Villa” – “Nyukasl” oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.Xəbərdə bildirilir ki, dekabrın 4-də keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasına koronavirus pandemiyası səbəb olub. Belə ki, “Nyukasl” klubunda COVİD-19 testi pozitiv çıxan futbolçuların sayının artması matçın keçirilməsini mümkünsüz edib.

 

Onu da bildirək ki, “Nyukasl” daha öncə 3, ən son olaraq isə 5 futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı. Bu üzdən artıq komanda tam olaraq karantinə alınıb, məşqlər dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti