"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi “Vitorul”u çalışdıracaq

13:00 2 Dekabr 2020

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub.
 
 

Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin “Vitorul” komandasını çalışdıracaq.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis Georgi Hacinin sahibi olduğu klubla  2.5 illik müqavilə imzalayıb.

 
Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti