"Qarabağ"ın futbolçusu Mahir Emreli koronavirus aşkarlanıb.
Ağdam klubundan "Report"a verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.