İspaniyanın “Real Madrid” Futbol Klubu Maurisio Poçettino və Raulu komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi nəzərdən keçirir.
Sportarena.az xəbər verir ki, bu barədə “Marca” qəzeti xəbər verib.
Hazırda “Real Madrid”in baş məşqçisi Zinəddin Zidandır. Mənbənin məlumatına görə, klub rəhbərliyi komandanın nəticələrindən narazıdır. “Real Madrid” İspaniya çempionatında ardıcıl olaraq üç oyun (iki məğlubiyyət, bir heç-heçə), Çempionlar Liqasında isə Ukraynanın “Şaxtyor” klubuna uduzub (0:2) və B qrupunda üçüncü yerə enib.
48 yaşlı Poçettino prioritet variantdır. Argentinalının son iş yeri İngiltərənin “Tottenhem”idir. İyun ayında 43 yaşı tamam olan Raul matçların sayına görə (741) “Real Madrid”in rekordçusudur və hazırda madridlilərin ehtiyat komandasına – “Kastilya”ya başçılıq edir.
İspaniya çempionatının on matçından sonra “Real Madrid” 17 xal toplayaraq dördüncü yeri tutur.