"Çelsi"nin hücumçusu Çempionlar Liqasının tarixinə düşdü

14:00 3 Dekabr 2020

"Çelsi"nin futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi "tvitter" hesabında məlumat yayılıb. 34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb. O, qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.

 

Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.


Digər xəbərlər

Xəbər xətti