Əsgərlərimiz Şuşadan çağırış etdi: "Futbolu Mingəçevirə qaytarın!" - VİDEO

14:13 3 Dekabr 2020

Hazırda Şuşada hərbi xidmətdə olan Mingəçevirin "Energetik” klubunun futbolçusu Ülvi Əlizadə müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, o, Mingəçevirdə futbolun bərpa olunmasına köməklik göstərilməsini rəsmi orqanlardan xahiş edib. Şuşada ermənilərə qarşı döyüşdə olmuş Əlizadə "Energetik”in daha üç futbolçusunun hazırda cəbhədə olduğunu bildirib.

 

Komandanın daha bir əsgər-futbolçusu ”Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə müraciət ünvanlayıb.

 

O da Mingəçevirdə hər şəraitin olduğunu və yalnz futbolun çatışmadığını qeyd edib.

 

 


Digər xəbərlər

Xəbər xətti