Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşdi

00:28 4 Dekabr 2020

Futbol üzrə UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.

 

2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.

 

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya olub.

 

UEFA Millətlər Liqası
Yarımfinal

 

6 oktyabr
İtaliya – İspaniya

7 oktyabr
Belçika – Fransa

10 oktyabr
3-cü yer uğrunda oyun
Final


Xəbər xətti