"Qələbə üçün meydana çıxmışdıq" - "Qarabağ"ın məşqçisi

01:00 4 Dekabr 2020

"Qarabağ"ın məşqçisi Elçin Rəhimov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda "Makkabi" ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, bu mövsüm qrup mərhələsində ilk xal qazandıqları matçla bağlı deyib:

 

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".


Digər xəbərlər

Xəbər xətti