“Neftçi” məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb.
Sportarena.az klub televiziyasına istinadən xəbər verir ki, dünənə və 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.
Bunlar “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.
Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə “Sabah”a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.