"Vilyarreal" "Qarabağ"la oyuna itki ilə çıxacaq

10:43 5 Dekabr 2020

"Vilyarreal" UEFA Avropa Liqasının VI turunda klubu "Qarabağ"a qarşı keçirəcəyi oyuna 2 itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Xəbərə görə, hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomes də zədə səbəbindən oynaya bilməyəcək. Hər iki futbolçu La Liqanın XI turunun "Real Sosyedad"la görüşündə zədələnib.

 

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Xəbər xətti