Samir Abasov Premyer Liqanın dayandırılmasına qarşı çıxdı

12:18 5 Dekabr 2020

"Neftçi" koronavirusa kütləvi yoluxmalarla əlaqədar məşqləri dayandırılıb.
 

Sportarena.az xəbər verir ki, dünən, həmçinin 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.


Bunlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.
 

"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.Maraqlıdır ki, özü xəstəliyə yoluxan S.Abasov hazırkı şərtlər altında çempionatın dayandırılmasını doğru qərar hesab etmir. O, bununla bağlı açıqlamasında bunları deyib:
 

"Çempionat dayandırılsa, bunun fəsadları da var. Məsələn, sabah desinlər ki, çempionatı 15 gün saxlayaq. 15 gündən sonraya da qarantiya verən yoxdu axı.15 günə vəziyyət düzəlməsə, yenidən müddət uzana bilər. İndiki vəziyyətdə də konkret çatışmazlıqlar var. İşimizi qura bilmirik.Konkret olaraq məşq, oyun yaddan çıxıb, virusla, baş verən situasiya ilə mübarizə aparırıq. Hamı bu əziyyəti çəkir. Vəziyyət həqiqətən yaxşı deyil". (Sportinfo.az)  


Digər xəbərlər

Xəbər xətti