İtaliya A Seriyasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Yuventus”un hücumçusu Kristiano Ronaldo noyabr ayının ən yaxşısı seçilib.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 35 yaşlı forvard ötən ay ərzində ölkə çempionatında meydana çıxdığı 3 oyunda 5 qola imza ataraq mükafata sahib çıxıb. Portuqaliya yığmasının da üzvü olan ulduz futbolçu yalnız “Benevento” (1:1) ilə görüşdə iştirak etməyib.