“Napoli”nin stadionuna Maradonanın adı verildi

14:01 5 Dekabr 2020

“Napoli”nin ev oyunlarını keçirdiyi “San-Paolo” stadionunun adı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. Arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.

 

"Napoli" növbəti ev oyununu dekabrın 13-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.
 

Qeyd edək ki, 1984-91-ci illərdə “Napoli2də oynayan Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti