Çexiya 2-ci divizionunda 12-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Jihlava” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
Qeyd edək ki, 12 turdan sonra 19 xalı olan “Viktoriya” 6-cı pillədə qərarlaşıb.