NBA ulduzu koronavirusa görə ailəsinin yeddi üzvünü itirib - VİDEO

10:34 6 Dekabr 2020

“Minnesota Timberwolves” basketbol komandasının ulduzu Karl-Entoni Tauns anası Jaklin Kruz da daxil olmaqla ailəsinin yeddi üzvünü koronavirusa görə itirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə basketbolçunun özü bildirib.

 

“Ailəsini məlumatlandırmaq və onları yaşatmaq üçün bütün lazımi addımları atan biriyəm. Anam xəstəxanaya yerləşdiriləndən bəri ruhi sağlamlığım yaxşı olmayıb. Basketbolun mənim üçün terapiya olduğunu deyə bilmərəm”, - deyə o, əlavə edib.

 

 


Xəbər xətti