Türkiyənin “Sivasspor” klubunda daha iki nəfər koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bir futbolçunun və bir klub işçisinin COVİD-19 testinin pozitiv çıxdığı bildirilib. Yoluxanların adları açıqlanmasa da, komandanın yarımmüdafiəçisi Yasin Öztekin sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu bəyan edib. O, evində karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.