Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində təxirə salınan oyunlarının vaxtı bəlli olub.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, Azərbaycan – İspaniya qarşılaşmasının fevralın 18-də, Azərbaycan – Moldova oyununun isə fevralın 23-də keçirilməsinə qərar verilib.
Qeyd edək ki, hər iki qarşılaşma sentyabrda keçirilməli idi, lakin koronavirusa görə təxirə salınmışdı.