“Qrupda şansımız ola bilər” - Canni De Byazi

00:20 8 Dekabr 2020

UEFA-nın Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

 

“Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, AÇ-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər”.


Digər xəbərlər

Xəbər xətti