İspaniya millisinin forvardı "Qarabağ" a qarşı oynamayacaq

11:23 8 Dekabr 2020

"Vilyarreal"ın forvardı Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnən 27 yaşlı hücumçunun bud əzələsində yırtıq aşkarlanıb.İspaniya yığmasının da şərəfini qoruyan forvardın 2021-ci ildə sıraya dönəyəcəyi gözlənilir.

 

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti