Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək oyun üçün təyinatlar açıqlanıb.
Sportarena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına tapşırıb. Baş hakim Mikola Balakin olacaq. Ona yan xətt hakimləri Andrey Skripka ilə Semyon Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.