Moldovada 11 nəfər oyun alqı-satqısında ittiham olunur.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Moldova Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi yayıb.Bildirilib ki, saxlanılan şəxslər altı ay ərzində oyun alqı-satqısından 600 min avro almaqda şübhəli bilinir. Söhbət ölkədəki futbol klublarının direktorlarından, özəl idman məktəblərinin direktorlarından həmçinin Milli Divizionun 10 komandasından beşini təmsil edən oyunçulardan gedir.
Bəzilərinin adları açıqlandığı saxlanılan şəxslər arasında "Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkov da var. O, hazırda "Kodr" komandasının baş məşqçisidir. 35 yaşlı mütəxəssis 2009-2010-cu illərdə Azərbaycanda oynayıb.