Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) matçına yeni hakimlər briqadası təyin edilib.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.Oyunu niderlandlı hakimlər idarə edəcək. Danni Makkeli matçın baş hakimi olacaq. Ona həmyerlisi Mario Diks və polşalı Marsin Bonek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Polşadan Bartoş Frankovski yerinə yetirəcək. Oyun bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.
Xatırladaq ki, PSJ – “Başakşəhər” görüşünün 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.