UEFA Çempionlar Liqasının qrup mərhələsində bu günə təxirə salınan PSJ – “Başakşəhər” oyunu ilə bağlı yeni qərar verib.
Sportarena.az xəbər verir ki, köməkçi məşqçi Pyerr Veboya verilən qırmızı vərəqə cəzası ləğv edilib. 38 yaşlı məşqçi bu gün davam etdiriləcək görüşdə məşqçilər korpusunun tərkibində yer alacaq.
Qeyd edək ki, dünən keçirilən oyun 14-cü dəqiqədə dayandırılıb. Qarşılaşma bu gün hakimlər komitəsinin tam tərkibdə dəyişdirilməsi ilə davam etdiriləcək. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.