Özbək futbolçuya 10 illik cəza

00:29 10 Dekabr 2020

Futbol üzrə Özbəkistan çempionatının 20-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Turan” oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub. Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

 

Qeyd edək ki, “Neftçi”nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.


Digər xəbərlər

Xəbər xətti