De Byazi: "Bunu dəyişmək üçün əlimizdən gələni edəcəyik"

01:00 10 Dekabr 2020

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi barədə fikirlərini bildirib.
 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis "Sportiva" radiosuna açıqlamasında gələcəyin komandasını qurmağa çalışdığını söyləyib:
 

"Çox çətin qrupa düşdük. Biz 5-ci səbətdən gəlmişik, qrupun sonuncu komandasıyıq. Amma bunu dəyişmək üçün əlimizdən gələni edəcəyik. Turnirə elə də çox olmayan oyunçu qrupu ilə başlayacağıq. Liqada cəmi 8 komandamız var. Amma 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalarda kifayət qədər yaxşı uşaqlar var. Gələcəyin komandasını qurmağa çalışırıq. Lakin təcrübəmiz azdı. Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan keyfiyyət yoxdu. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün futbolçular xarici çempionatlarda özlərinə yer tapmaqda çətinlik çəkirlər".
 

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti