I Divizion: "Zaqatala" məğlub oldu, "Kəpəz" heç-heçə etdi

16:28 13 Dekabr 2020

Azərbaycan 1-ci divizionunda 10-cu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.  “Neftçi-2” “Zaqatala” ya 3:2, “Qarabağ-2” “Qaradağ Lökbatan”a 3:0,  “Sumqayıt-2” “Keşlə-2”yə 2:0 hesabı ilə qalib gəlib.  “Kəpəz” – “Sabah-2” görüşündə isə hesab açılmayıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək “Turan Tovuz” - MOİK qarşılaşması ilə yekun vurulacaq.

 

13 dekabr (bazar)

13:00. “Neftçi-2” – “Zaqatala” - 3:2
Qollar: Emin Zamanov, 14-pen (1:0), Seymur Əliyev, 45+4 (2:0), Famil Camalov, 69 (3:0), Xəqani Sadıxov, 77 (3:1), Salman Ələsgərov, 84 (3:2)
Türk Hava Yolları futbol mərkəzi (IV meydança)

14:00. “Kəpəz” – “Sabah-2” - 0:0
Gəncə şəhər stadionu
 
14:00. “Qaradağ Lökbatan” – “Qarabağ-2” - 0:3
Qollar: Nəriman Axundzadə, 29, Sultan Mustafayev, 84, Riad Abbaszadə, 90+5
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Sumqayıt-2” – “Keşlə-2” - 2:0
Qollar: Mehman Məsimov, 27, Cavidan Abbaszadə, 38
“Kapital Bank Arena” (ehtiyat meydança)

 

14 dekabr (bazar ertəsi)

14:00. “Turan Tovuz” - MOİK
Gəncə şəhər stadionu


Xəbər xətti