Vətən müharibəsində döyüşən və şəhid olan idmançılarımızın sayı açıqlandı

17:50 13 Dekabr 2020

Vətən müharibəsində 478 idmançımız döyüşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev "Facebook" səhifəsində yazıb. 478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan 1-i yaralanıb.

 

Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq!


Digər xəbərlər

Xəbər xətti