“Keşlə”nin bir neçə futbolçusu koronavirusdan sağaldı

10:31 13 Dekabr 2020

“Keşlə” klubunda koronavirusa yoluxmuş bir neçə futbolçu sağalıb.

 

Sportarena.az xəbər verir ki, Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko və Tural Axundovun son testləri neqativ çıxıb.Paytaxt təmsilçisində Miyuşko Boyoviç xəstəxanada müalicəsini davam etdirir. Bundan əlavə, Con Kamara və Turan Vəlizadə aktiv koronavirus xəstələridir.

 

Qeyd edək ki, daha əvvəl “Keşlə”də Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli koronavirusdan sağalıb. Komanda Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 20-də “Səbail”i qəbul edəcək. (Report)


Digər xəbərlər

Xəbər xətti