Təbriz derbisini "Traktor" qazandı

18:13 13 Dekabr 2020

İran çempionatında 6-cı turun oyunları davam edir.
 

Sportarena.az xəbər verir ki, bu gün Təbrizdə şəhərin iki klubu üz-üzə gəlib. "Traktor" səfərdə "Maşın Sazi" ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb. "Al qurdlar"ın qolunu 90+3-cü dəqiqədə Məhəmməd Qənbəri vurub.


Qeyd edək ki, mövsümə uğursuz başlayan "Traktor" 9 xalla 7-ci pillədə qərarlaşıb. "Maşın Sazi" isə 1 xalla sonuncu - 16-cıdır.  


Digər xəbərlər

Xəbər xətti