Afrikalı futbolçu qəzada öldü - FOTO

01:00 14 Dekabr 2020

Futbol üzrə CAR yığmasının müdafiəçisi Motjeka Madişa avtomobil qəzasında dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.Xəbərdə bildirilir ki, “Mamelodi Sandaunz” klubunun formasını geyinən 25 yaşlı futbolçu şənbə günü Yohannesburq yaxınlığında avtomobili ilə qəzaya uğrayıb. Hadisə klubun 50 illik yubileyinə həsr olunmuş tədbirdən sonra baş verib.

 

Madişa CAR yığmasında keçirdiyi 13 oyunda 1 qolla yadda qalıb.



Xəbər xətti