Samir Abasov koronavirusdan sağaldı

15:45 14 Dekabr 2020

“Neftçi”nin bir neçə futbolçusu və məşqçisi koronavirusdan sağalıb.

 

Sportarena.az klubun televiziyasına istinadən xəbər verir ki, “ağ-qaralar”da baş məşqçi Samir Abasov və onun köməkçilərindən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan isə Voyislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mbodj və Asim Əlizadənin təkrar testlərinin cavabı neqativ olub.

 

Sabir Buqrin, Kamran İbrahimov, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi isə davam edir.


Digər xəbərlər

Xəbər xətti