"Sabah"ın daha bir futbolçusu koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, komandanın hücumçusu Ulise Diallonun koronavirus testi müsbət çıxıb. Malili oyunçu karantinə alınıb. Daha əvvəl koronavirusa yoluxan Məhəmməd Mirzəbəyovun da testi növbəti dəfə pozitiv çıxıb.
Qeyd edək ki, "Sabah"ın digər futbolçuları Nikola Vuyadinoviç, Ozan Can Kökcü və Slavik Alxasov isə koronavirusdan sağalıblar.