"Qarabağ"ın bir neçə futbolçusu koronavirusdan sağalıb.
Sportarena.az xəbər verir ki, Mahir Emreli, Kevin Medina, Emil Balayev, Qara Qarayev, İsmayıl İbrahimli, Toral Bayramov və hələ də Türkiyədə olan Abbas Hüseynovun son testlərinin cavabı mənfi olub. Emreli artıq komanda ilə məşqlərə də başlayıb.
Şahruddin Məhəmmədəliyev və Xayme Romeronun testinin nəticəsi pozitiv çıxıb.Əsasən Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən 19 yaşlı yarımmüdafiçi Zamiq Əliyevin də testi müsbət nəticələnib.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 20-də "Qəbələ"nin qonağı olacaq. (report.az)