“Sözlərim səhv başa düşülüb” - Canni De Byazi

00:44 17 Dekabr 2020

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi növbəti dəfə DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimizlə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis bu dəfə “Zona Gol” şousunda püşkatmanı dəyərləndirib.

 

“Çox çətin qrupa düşmüşük. Rəqiblərimizin gücünü yaxşı bilirik. İstəyimizə nail olmaq üçün böyük çətinliklərlə üzləşəcəyimizi bilirik. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də hər şeyi edəcəyik. Qələbələr qazanmağa çalışacağıq. Bir sözlə, cəhd edəcəyik”.

 

De Byazi 2011-2017-ci illərdə rəhbərlik etdiyi Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: “Yenə deyirəm, sözlərim səhv başa düşülüb. Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi. Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur”.

 

Qeyd edək ki, Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində 6-cı turun Lüksemburqla oyunundan (0:0) öncəki mətbuat konfransında azərbaycanlı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığını dediyini bildirib. 


Digər xəbərlər

Xəbər xətti