"Neftçi"nin qış toplanışı harada olacaq?

01:10 17 Dekabr 2020

"Neftçi" qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov "Neftçi TV"yə açıqlamasında deyib.42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesi Bakıda olacaq: "Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orada nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə toplanışın vaxtı dəqiqləşməlidir".

 

Koronavirusdan yenicə sağalmış baş məşqçi vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: "Komandamızda virusa yoluxan hər kəsdə müəyyən simptomlar aşkarlandı. Xəstəlik kimdəsə rahat, kimdəsə çətin keçdi. Sonuncu testdən sonra mənim kimi bir çox şəxsdə nəticə neqativ çıxdı. Amma koronavirusun çətinlikləri var, gizlətməyək. Artıq iş başındayıq. Vəziyyətlə ayaqlaşmaq lazımdır".

 

Stiven Monroz, Bruno Teluşi və Kamran İbrahimovun aktiv xəstə olduğunu xatırladan Abasov Cabir Əmirlinin zədələndini vurğulayıb: "Həkimdən cavab gözləyirik. Hazırda bütün komandalar əziyət çəkir. Futbolçular yaxşı vəziyyətdə deyillər. Bu, əvvəlki xəstəlikdən fərqlidir. Bədəni sanki susdurur. Amma ümumi vəziyyət normaldır".

 

Mütəxəssisin sözlərinə görə, futbolçular 90 dəqiqə eyni tempdə oynaya biləcək durumda deyillər: "Bütün komandalarda balans eynidir. Oyunçular 60-70 dəqiqə dözsələr, böyük işdir". 


Digər xəbərlər

Xəbər xətti