FİFA ilin ən yaxşı futbolçusunu açıqlayacaq

11:48 17 Dekabr 2020

FİFA bu gün ilin ən yaxşı futbolçusunun adını açıqlayacaq. 

 

Sportarena.az xəbər verir ki, “The Best” mükafatının sahibinin adına aydınlıq gələcəyi tədbir Bakı vaxtilə saat 22:00-da başlayacaq. İlin ən yaxşı futbolçusu adına namizədlər sırasında Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”), Robert Levandovski (Polşa, “Bavariya”) Lionel Messi (Argentina, “Barselona”) yer alıb.

 

İlin ən yaxşı baş məşqçisi adına namizədlər isə Yurgen Klopp (“Liverpul”),  Marselo Byelsa (“Lids Yunayted”) və Hans-Diter Flikdir (“Bavariya”).
Qeyd edək ki, koronavirus səbəbindən tədbir onlayn keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti