Azərbaycan çempionu olan məşqçi koronavirusdan vəfat etdi

12:59 17 Dekabr 2020

Bakı “İnter”inin (indiki “Keşlə”) sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli ukraynalı mütəxəssis 81 yaşında ölüb. Xodukin bu ilin avqustunda koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt onun müalicəsinə kömək məqsədilə dostları, yaxınları tərəfindən bank hesabının açılmasıyla bağlı müraciət də olunmuşdu.

 

Xatırladaq ki, Xodukin 2005-ci ildə, hələ həmyerlisi Anatoli Konkov “İnter”in baş məşqçisi olduğu dövrdə kluba işləməyə cəlb olunmuşdu. O, 2006-2009-cu illərdə bu komandanın baş məşqçisi olaraq ona ilk çempionluq qazandırıb. Xodukin Azərbaycanda titul qazanan ilk əcnəbi baş məşqçi kimi tarixə düşüb. "İnter" tarixində məhz onunla avrokuboklarda debüt edib. 


Digər xəbərlər

Xəbər xətti