Azərbaycan Premyer Liqasında fasilə başa çatıb.
Sportarena.az xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış XII turun bütün oyunları bu gün keçirilib.Əvvəlcə “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1.
Paralel keçirilən matçlarda “Sumqayıt” “Zirə”nin, “Səbail” isə “Keşlə”nin qonağı olub. Zirədə bol qollu heç-heçə qeydə alınıbsa, "Ask Arena"da səfər komandası qələbəyə sevinib.Turun son oyununda isə "Neftçi" "Sabah"la üz-üzə gəlib. "Ağ-qaralar" rəqib meydanında 2 cavabsız qolla üstün olub. Bununla "Neftçi" "Qarabağ"ı geridə qoyaraq turnir cədvəlinin zirvəsinə yerləşib. Paytaxt klubu rəqibindən bir oyun artıq keçirib, 1 xal öndədi.
Azərbaycan Premyer Liqası
XII tur
20 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollae: Rafael Utriq, 83 - Filip Ozobiç, 56
Qaçırılan penalti: Uroş Matiç, 16
Qırmızı vərəqə: Rövlan Muradov, 70
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
16:00. “Keşlə” –“ Səbail” - 0:2
Qollar: Urfan Abbasov, 11, Əfran İsmayılov, 17
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”
16:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qollar: Ağabala Ramasanov, 56, Qismət Alıyev, 61 - Murad Xaçayev, 11, Rəhim Sadıqov, 57
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
17:15. “Sabah” – “Neftçi” - 0:2
Qollar: Namiq Ələsgərov, 49 (pen.), 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”