"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunda "Qəbələ" ilə səfər matçından (1:1) sonra fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında deyib:
"Danışılacaq çox şey yoxdu. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram".