“Bizi çətin oyun gözlədiyinin fərqində idik. Komanda ağır xəstəlikdən qurtulub. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edəcəkdim".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Zirə" ilə heç-heçə etdikləri oyundan (2:2 )sonra keçirilən mətbuat konfransında deyib.
O, bütün komandanın meydanda xarakter nümayiş etdirdiyini bildirib: "Oyundan bir gün öncə futbolçularımın çətin olsa da, oynamaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bütün komandamla fəxr edirəm. “Zirə”nin də gücünə bələd idik. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Ona da uğurlar arzu edirəm. İnşallah “Sabah”la oyundan sonra da qış fasiləsi üçün toparlanacağıq".