“Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə iki qol vurduq. İkinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir".
Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Emin Ağayev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
O, hazırda avrokuboklarla bağlı düşünmədiklərini bildirib: "Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".