Futbol üzrə Fransa çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Loryan” - "Renn" matçından sonra faciəvi hadisə baş verib.
Sportarena.az xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib. Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb. Dağıntılar altından çıxarılan zərərçəkənə həkimlər ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.