İtaliya A Seriyasında azarkeşlərin tribunalara nə vaxt qayıda biləcəyi bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Radio Rai"yə açıqlamasında məlumat verib.
"Onlar olmadan matçlar tamamlanmayacaq. Fanatların stadionlara qayıtması üçün nə qədər vaxt lazım olduğunu bilmirəm. Ümid edirəm ki, bu, yanvar ayında gerçəkləşəcək. Amma hər şey bizdən asılı deyil", deyə qurum rəhbəri bildirib.
Qeyd edək ki, İtaliya A Seriyasında "Milan" 31 xalla birinci pillədə qərarlaşıb. "İnter" 30 xalla ikinci, "Yuventus" isə 27 xalla üçüncüdür.