Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miqelina dos Santos koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib. O, anasının reanimasiyada olduğunu bildirib:
“Anam koronavirusa yoluxub. Onun tezliklə sağalması üçün mübarizə aparırıq. O, reanimasiyadadır və bütün tibbi köməklə təmin edilir”.