“Liverpul” Salaha yeni müqavilə təklif edəcək

15:40 22 Dekabr 2020

İngiltərənin “Liverpul” klubu komandanı tərk edəcəyi ilə bağlı şayiələr dolaşan misirli futbolçu Məhəmməd Salaha yeni müqavilə təklif edəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.Mənbə yazır ki, “mersesaydlılar”ın rəhbərliyi 28 yaşlı futbolçunu saxlamaqda israrlıdır və ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək.

 

Qeyd edək ki, M.Salahın “Liverpul”la müqaviləsi 2023-cü ildə bitir. 


Digər xəbərlər

Xəbər xətti