UEFA klublarımızın reytinqini açıqladı - Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur

16:21 22 Dekabr 2020

UEFA 2020-ci il üçün  klubların son reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə 8 klubumuz yer alıb. Təmsilçilərimizdən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 69-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Türkiyədən "Fənərbaxça", "Sivasspor", İspaniyadan "Atletik", Rusiyadan "Spartak" kimi klubları geridə qoyub.

 

Digər klublarımızdan "Qəbələ" 217-ci , "Neftçi" 244-cü , "Sumqayıt" 301-ci, "Səbail" 302-ci, "Zirə" 303-cü , "Kəpəz" 304-cüdür.

 

Qeyd edək ki, siyahıya "Bavariya" başçılıq edir. "Barselona" 2-ci, "Yuventus" 3-cüdür. 


Digər xəbərlər

Xəbər xətti